İranda gündəlik koronavirusa yoluxma və ölüm halları pandemiyanın başlanğıcından bəri ən pik həddə çatıb.
Astarainfo.az “DHA”ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari, son gün ərzində 4830 nəfərin koronavirusa yoluxduğunu, 279 nəfərin isə dünyasını dəyişdiyini bildirib.
Son göstəricilərlə birlikdə, ümumilikdə ölüm halı 29 min 349-a, yoluxma halı 513 min 219-a qalxıb.
İranın Səhiyyə nazirinin müavini İreç Harirçi ölkədəki ölüm sayının vilayətlərdəki vəziyyətə görə açıqlanan rəqəmlərdən 1,5-2,2 qat daha çox olduğunu söyləyib.
Pandemiyadan ən çox zərər çəkmiş 5 ən böyük şəhər – Tehran, İsfahan, Məşhəd, Kərəç və Urmiyaya 3 gün ərzində nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırırlıb.