Astara rayonunun Şiyəkəran kənd sakini, 28 yaşlı hərbi əlil Tacir Qədirzadənin Azərbaycan bayrağından tikdirdiyi libas ətrafdakılar tətəfindən böyük maraqla qarşılanır.

Astarainfo.az  xəbər verir ki, üçrəngli Azərbaycan bayrağından özünə pencək, jilet, papaq və qalstuk tikən hərbi əlil bununla Qarabağ savaşında ermənilər üzərində qələbələr qazanan Milli Orduya həmrəylini nümayiş etdirdiyi bildirib.

O, deyib:-“Məni bu libası tikdirməyə vadar edən Vətənə, dövlətimizə, bayrağımıza olan məhəbbət və sədaqət hissi, Milli Ordumuza mənəvi dəstək olmaqdır. Bu, həm də rəmzi məna daşıyır. Bu günlər ölkəmizin hər yerində, o cümlədən müharibə bölgəsində, düşmən tapdağından azad edilmiş yaşayış məntəqələrində Azərbaycan bayrağı dalğalanır. Mən bundan qürur duyuram. Bayrağımız bizim qururumuz, başımızın tacıdır. Bu bayraq bu gün Qələbə rəmzinə çevrilərək bütün vücudumuzu bəzəyir…”

Özünə tikdirdiyi libasla Bakıdakı “Şəhidlər xiyabanı”nı da ziyarət etdiyini bildirən astaralı hərbi əlil, hərbi-vətənpərvərlik mövsunda şeirlər yazır, onalara mahnılar bəstəyələyir və bu mahnıları özü ifa edir.

O, bizimlə söhbətini nikbin notlarla tamamladı-:”Ölkəmiz üçün bu çətin, həm də şərəfli günlərdə hamımız Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin yanındayıq. O, Qarabağ torpğının azad olunması üçün hər şeyi edir. Hərbçilərimizdə böyük ruh yüksəkliyi var. Qələbə bizimlədir! İnanıram ki, müqəddəs üçrəngli bayrağımız bütün Qarabağ torpağında dalğalanacaq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”