Nikol Paşinyanın arvadı Anna Akopyan sabahdan 13 qadınla birlikdə təlimlərə başlayacaq.

O, bu barədə sosial şəbəkədə məlumat verib.

Anna təlimlərdən sonra “vətən”i qorumağa gedəcəyini bildirib. Qeyd edək ki, bundan əvvəl A.Akopyan qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istədiyini bildirmişdi. Həmin təlimlərdə 18-27 yaş arası qadınların iştirakı nəzərdə tutulurdu.

Ermənistan baş nazirinin arvadının qadın dəstə ilə birgə hərbi təlim “şou”su əslində düşmən ordusunun necə bir acınacaqlı vəziyyətdə olduğundan xəbər verir. (Yeniavaz.com)