Azərbaycan Respublikasının Prezidenti , Ali Baş Komandan cənab İlham Əliyevə  barlı-bəhrəli Astara diyarından alovlu salamlar  olsun!

Əziz Prezidentimiz! Sevincdən, həyəcandan çırpınan qəlbimlə, iftixaredici qürurla ülvi düyğularımı Sizə ünvanlayıram. Bir yazar kimi, qüdrətli dövlətimizdən ,onun qətiyyətli, iradəli, uzaqgörən siyatsətçisi, Azərbaycanı uğurları ilə dünyada sivil dövlət kimi tanıdan rəhbərindən, komandanlıq etdiyi rəşadətli ordusundan dəfələrlə yazılar işləsəm də, bu gün qəlbimin döyüntülərini duya-duya qüdrətli dövlətimizin, cəsarətli ordumuzun qarşısında söz tapmaqda acizəm.

Əziz Prezidentimiz! Siz uzaqdan-uzağa hər bir azərbaycanlının ürəyini oxuyur, qəlbinin çırpıntılarını duyursunuz. Bəli, Vətən müharibəsi başlanandan biz hər gün, hər saat, hər an Sizin qibtə doğurucu müraciətinizi, alovlu nitqinizi intizarlı baxışlarla səbirsizliklə gözləyirik. Çatdırdığınız hər şad xəbər qəlbimizi dağa döndərir, sevincdən gözlərimizi yaşardır. Müsəlman kimi 30 il səbr etməklə xoşmüjdəli gələcəyi gözləmişik. O gələcək bu gün oldu! Hər gün cəbhədən aldığımız qələbə soraqlı xəbərlər qaysaqlanmış yaralara məlhəm olur,göz yaşları içində sevinc şölələnir,fitnə-fəsadla şəhid edilən körpə fidanlarımızın ruhları rahatlanır.

 

Əziz Prezidentimiz! Azərbaycan haqq yolda olduğundan Allah-Təala da daim onunladır. Siz qətiyyətli iradənizlə rəşadətli ordumuza qələbələr qazandırırsınız. Siz hər çıxışınızda yumruğunuzu yuxarı qaldıranda inanın ki, istər-istəməz kövrəlir və qəlbimizdən bir nida qopur: “Allah Sizi qorusun”! Yumruğunuzdan doğan alov şanlı ordumuzun yoluna işıq saçır, əsgərlərimizi qələbəyə doğru sövq edir. Mənfur düşmən isə bu alovun atəşindən yanıb-yaxılır.

Sizin qətiyyətinizdən, iradənizdən ilham alan,qələbə əzmi ilə döyüşən, faşist xislətli düşməni tari-mar edən şanlı ordumuza eşq olsun! Vətənin bölünməzliyi uğrunda canlarını sipər etmiş,cənnəti qazanan  şəhidlərimizə Allah rəhmət eləsin! İnşallah, onların narahat ruhları düşmən tapdağından azad edilmiş torpaqlarımızın hərarətindən şad-xürrəm olacaq, illər boyu bu xoş günü gözləyən xalqımız da aydınlı sabahlara doğru addımlayacaq.

Ordumuzu təmsil edən hərbçilərimizə Allah yar olsun! Bütün xeyr-dualarımız daim onlarladır!

Yaşasın Azərbaycan!

Azərbaycanın düşməndən azad ediləcək, torpaqlarımızda üçrəngli bayrağımızın əbədi dalğalanması diləyi ilə

 

Jurnalist yazıçı Gülnar Əsədli