Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan

cənab İlham Əliyevə

Bütün Azərbaycan xalqının, eyni zamanda dünya azərbaycanlılarının sevimlisi, dünya diplomatiyasının ən yüksək zirvəsində dayanan, xalqımızın qəlbində əsl ideal qəhrəman kimi yer tutan, sözünün sahibi olan Prezidentimiz!

Sizin müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, işğal olunan torpaqlarımızın azad edilməsi barədə verdiyiniz əmrin müqəddəsliyini, məsuliyyətini dərk edirik.

Sizin rəhbərliyinizlə şanlı ordumuz, qəhrəman əsgərlərimiz hiyləgər, məkrli, dinc əhalimizin, uşaqlarımızın, körpələrimizin qatili, işğalçı düşmənə, erməni ordusuna sarsıdıcı zərbələr endirərək hər gün yeni-yeni ərazilərimizi işğaldan azad edir.

30 ildən sonra Azərbaycan xalqına misli görünməyən hədsiz qələbə sevinci bəxş edirsiniz. Siz namuslu, qeyrətli Vətən oğlu, ən doğma, müdrikrəhbər, bacarıqlı diplomat, humanist bir insan kimi qəlbimizdə yaşayırsınız.

Biz Astaralılar bütün Azərbaycan xalqı kimi fəxr edirik ki, Sizin kimi alicənab, əsl vətənpərvərlik nümunəsi olan rəhbərimiz, Prezidentimiz var. Hər gün Sizə yazıb sevincimizi bölüşdürməkdən doymuruq. Sevincimiz bol olsun, qələbəmiz bol olsun!

İnanırıq ki, qələbəmiz də, sevincimiz də müstəqilliyimiz kimi əbədi olacaq. Xalqımızın birliyi bunun bariz nümunəsidir.

Çox hörmətli Ali Baş Komandan!

Şəxsən mən ehtiyatda olan zabit kimi Sizin çıxışlarınızdan, ayrı-ayrı televiziya və media nümayəndələrinə verdiyiniz müsahibələrdən xüsusi zövq alıram. Mən belə hesab edirəm ki, Sizin hər bir sözünüz, ifadəniz, kəlamınız başa düşənlər üçün ən dəhşətli güclü silah kimi düşmənin bağrını dəlir.

Çox hörmətli möhtərəm Prezidentimiz!

Siz bu gün həm ictimai-siyasi, həm hərbi-siyasi, mədəni, iqtisadi, bir sözlə, bütün sahələrdə Ulu Öndərimizin ən layiqli davamçısı kimi əsil yeni tarix yazırsınız.

Siz bu gün misli görünməmiş yeni tarixin müəllifi olmaqla nəinki düşmənlərimizi, hətta onların havadarlarını mat vəziyyətinə saldınız. Xalqımız sıx birliyi, vətənpərvərliyi, igidliyi, qəhrəmanlığı, əməli fəaliyyəti ilə həmişə yanınızdadır.

Astara rayonun bütün ictimaiyyəti, ağsaqqalları, gəncləri, ziyalıları şanlı ordumuzun qəhrəman igid əsgərlərimizin fədakarlığını alqışlayır, hər an onlara dəstək olmağa hazırdırlar. Hər bir qəhrəman əsgərimizi bağrımıza basıb müqəddəs ana torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə onlara yeni-yeni qələbələr arzulayırıq.

Eşq olsun əziz Prezidentimizə!

Eşq olsun Qəhrəman Əsgərlərimizə!

Qələbə bizimlədir!

Qarabağ Azərbaycandır!

Kamilov Kamil Manaf oğlu

Ehtiyatda olan zabit

Astara rayonu, Kijəbə qəsəbəsi.