“Mətbuatın suallarına cavab olaraq bildirmək istəyirəm ki, Dağlıq Qarabağın ikinci və üçüncü “prezidentləri” Arkadi Quqasyan və Bako Saakyan 20 oktyabrda Baş nazir Nikol Paşinyanla görüş zamanı Ermənistanın birinci və ikinci prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryanın Moskvaya getmək istədiklərini söylədilər”.
Astarainfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın sözcüsü Mane Gevorqayan sosial şəbəkə hesabından açıqlayıb.
Gevorqayan bildirib ki, eks-prezidentlər Rusiya elitasının nümayəndələri ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək və müzakirələr nəticəsində Ermənistan hökumətinə konkret  təkliflər vermək istəyiblər: “Baş nazir Paşinyan Ermənistan və Qarabağın xeyrinə atılacaq addıma heç bir maneə ola bilməyəcəyini vurğulayaraq təkliflə razılaşdı. Əldə etdiyimiz məlumata görə istefa edən prezidentlər hələ Ermənistanı tərk etməyiblər. Hər halda baş nazir və hökumət vəziyyəti həll etmək üçün təkliflərə açıqdır və bu təklifləri müzakirə etməkdən heç vaxt imtina etməyiblər”.