İzmirdə baş verən zəlzələ nəticəsində dəniz səviyyəsində yüksəliş olub.
Türkiyə mətbuatına istinadə xəbər veririk ki, hadisə nəticəsində İzmirin Seferihisar rayonunda bəzi küçələr su altında qalıb.

***16:30
Hal-hazırdakı vəziyyətə görə zəlzələ nəticəsində 6 bina dağılıb. Uşak, Dənizli, Manisa, Balıkesir, Aydın və Muğla bölgəsində olan binalarda çatlar var. Ölənlərin olub-olmaması ilə bağlı hələ ki, məlumat yoxdur. Axtarış  və xilas etmə işləri davam edir”.
Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu tvitter hesabında paylaşım edib.

***16:15

İzmirin Səfərhisar rayonunda 6,6 gücündə zəlzələ baş verib.
“TRT Haber”ə istinadən xəbər veririk ki, məlumatı Fövqəladə Hallar və Təcili Yardım İdaretmə Nazirliyi yayıb.
Zəlzələ, yerin təxminən 16, 54 kilometr dərinliyində qeydə alınıb. 20-30 saniyə davam edib. Dağıntılar qeydə alınıb və bəzi binalarda çatlar əmələ gəlib. Hər hansı itki barədə məlumat verilməyib. Zəlzələ İstanbul, İzmir və İzmir ətrafında da hiss edilib.( yeniavaz.com)