Təhsil naziri Emin Əmrullayev “Haber Global”a müsahibə verib – VİDEO

“Mən məktəbdə oxuduğum zaman sinif yoldaşlarım arasında məcburi köçkünlər var idi ki, təhsilləri boyunca 11-12 məktəb dəyişmişdilər. İndi məcburi köçkün olan şagirdlər öz məktəblərinə qayıdacaqlar”.

Bu sözləri Təhsil naziri Emin Əmrullayev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində deyib.

O bildirib ki, bu günə qədər düşmən hücumları 50-yə qədər təhsil müəssisəsinə yönəlib. Doqquz şagirdimiz isə bu hücumlar nəticəsində həyatını itirib.

Nazir həmçinin torpaqlarımız işğaldan tam azad olunandan sonra təhsil sisteminin necə qurulacağından, qarşıda duran işlərdən söz açıb.