Moskvada qaz balonları anbarında partlayış olub

Moskvanın cənubunda qaz balonları anbarında güclü partlayış baş verib.

Astarainfo.az-ın məlumatına görə, hadisə nəticəsində anbarın binasında yanğın olub.

Yanğın daha sonra yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Anbarın binası çöküb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir, səbəblərlə bağlı araşdırma aparılır.