Bakı vaxtı ilə saat 07:00-dan etibarən Rusiya Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə paralel olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingent yerləşdirməyə başlayır.

Astarainfo.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: “Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatına uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 06:00-dan etibarən Rusiya Federasiyası Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə paralel olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingent yerləşdirməyə başlayır”.