“Kim satdı torpaqları? Biz – bütün xalq. Biz 18-20 yaşlı övladlarımızı satdıq. Biz hamımız xəyanət etdik”.
Astarainfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu sözləri Qarabağdan qovulmuş separatçı rejiminin başçısı Araik Arutunyan “Facebook” hesabında canlı yayım zamanı deyib.
Arutunyan Paşinyan hökumətini günahlandıran siyasətçiləri də xəyanətdə günahlandırıb: “Bu gün satqınları tapmağa çalışan siyasətçilər qoy öz övladlarının, qohumlarının döyüşlərdə iştirakı ilə bağlı dəlil göstərsinlər. Çəkdirdikləri selfiləri yox”.
O, həmçinin keçmiş, o cümlədən Şuşadakı müraciətlərindən hissələri təqdim edib və qeyd edib ki, bunlar satqınları və “torpaqları satanları” axtarmamaq üçün edilib. İlk epizod azərbaycanlıların Talışı aldığı və Suqovuşana qədər gəlib çıxdığı zaman oktyabrın 3-də çəkilib. Onun sözlərinə görə, həmin vaxt hərbçilərin bir hissəsi təşviş içində geri çəkilib və arxa cəbhəni təmin etmək üçün resurslar çatışmayıb. Bəzi qeyri-nizami birləşmələr ön xətt mövqelərini tutmaqdan imtina ediblər: “Mən dedim ki, öndə gedəcəyəm, onlar isə imtina etdilər”.
Arutunyanın Qarabağdan qaçan, cəbhəyə getməmək üçün Yerevanda gizlənən kişiləri satqın adlandırıb.
“Biz bu sənədi imzaladıq, çünki Xankəndi üçün böyük təhlükə var idi. 18 yaşlı əsgərlə mühasirəyə düşə bilərdi”, – seperatçı qeyd edib.