Məşhur bir filosofdan soruşurlar: “Həyatda kimi yaddan çıxarmaq olmur?” O isə fikirləşmədən cavab verir. ”Mənə öz adımı yazmağı öyrədən müəllimi”

                  

             Ömrü günəş kimi nur saçandır müəllim,

             Səadət qapısını açandır,müəllim

 

Deyirlər,insanın böyüklüyü onun əməlindədir.Ömrünün 40 ilini pedaqoji fəaliyyətə həsr edən bir müəllimdən danışmağı özümə fəxr bilirəm.

  1955-ci ilin noyabrın 10-da  şəhərin Giləkəran hissəsində sadə ,zəhmətkeş ailədə dünyaya göz açan bir qızcığaz çox sonralar yüzlərlə insanın ömür yoluna işıq saçır.,onların yolunu nurlandırır.

Zümrüd Hüseynova 1975- ci ildə Bakı Dövlət Univertsitetinə daxil olur.1980-ci ildə Universitetin filologiya fakültəsini bitirəndən sonra təyinatla şəhər 1 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayır.Sonra rayon partiya komitəsində siyasi məsləhətçi vəzifəsində çalışır.1992-ci ildən ta bu günə qədər şəhər 1 saylı tam orta məktəbində müəllim kimi fəaliyyətini davam etdirib.Onun pedaqoji fəaliyyətrində uğurları çox olub.Yetirmələri təsərrüfatın müxtəlif sahələrində, eyni zamanda onunla çiyin –çiyinə çalışırlar.Öz təcrübəsi və pedaqoji fəaliyyəti ilə bir çox müəllimlərə nümunə olub.Gənc müəllimlər bu müqəddəs peşənin sirlərini ondan öyrəniblər.Sevinirəm ki, bir zamanlar qarşısında sıxıla-sıxıla oturduğum müəllimlə bir məktəbdə çalışıram.Hər bir gənc müəllimə kimi mən də onu özümə mənəvi ana bilmişəm.Zümrüd müəllimə müəllim ömrünü günəşə bənzədir.Günəşin nuru canlı aləmə həyat verdiyi kimi,müəllim də öz gərgin zəhmətilə insanların həyatını işıqlandırır.Hər kəsi yaşadan parlaq əməlləri olduğu kimi Zümrüd müəllimənin əməyi də təlim –tərbiyə verdiyi şagirdlərin yaddaşında həmişə yaşayacaq.

     O gün şəhər 1 saylı tam orta məktəbində böyük canlanma var idi.Karantin qaydalarına əməl edilməklə Zümrüd Hüseynovanın 65 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.Məktəbin direktoru Xədicə müəllimə,iş yoldaşları müəlliməni yubiley münasibətilə təbrik edib,xoş arzularını bildirdilər.Rayon Azad Həmkarlar İttifaqının rayon şöbəsi və məktəb kollektivi tərəfindən,hədiyyələr,fəxri fərmanlar yubliyara təqdim edildi. Zümrüd müəllimə də  çıxış edərək öz ürək sözlərini və təşəkkülərini tədbir iştirakçılarına bildirdi.

     Tədbirin sonunda yubliyarla xatirə şəkli çəkildi.

                                                      

Əsmər Əliyeva

Şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi