Baxdıqca göz oxşayan naringi bağlarında qızğın iş gedir.Astarainfo.az xəbər verir ki, sitrusçuluq və subtropik meyvə istehsalı rayonun ən gəlirli sahələrindən biridir.Bu işlə əsasən Kijabə qəsəbəsi, Şüvi, Siyəkü və Səncərədi kənd ərazi nümayəndəliklərində yerləşən yaşayış məntəqələrinin sakinləri məşğul olurlar.Naringi yığımı əsasən Astaranın dağətəyi kəndlərində aparılır.Yağışlı havalara baxmayaraq hər bir meyvə ehtiyatla dərilir və qablara yığılır.Naringinin yetişdirilməsi kimi yığımı da diqqət tələb edir.Çünki bu sitrus meyvəsini əl ilə yığarkən ona zərər dəyə bilər.Fermerlər deyir ki,naringinin növündən asılı olaraq yetişmə vaxtı da fərqlidir.Müsahibimiz Rafiq Ağayev  ali tehsilli aqronomdur. 60 sot torpaqda naringi yetishdirir.Onun sözlərinə görə ilk illər onun  naringi bağı kiçik olduğundan məhsuldarlıq da az olub. Hazırda isə 600 agacdan 15 tona yaxın məhsul götürür.

Rafiq Ağayev:Tez yetişən karli sortunu başlamışıq dərməyə.Təqribən oktyabr ayının 10-dan sonra hissə-hissə satırıq.Əvvəl qiymət bir az baha olur.1manat 20 qəpik -1manat 40 qəpik .Seçmə üsulu ilə dərirlər onu.İndi meyvənin sezon vaxtıdır,qiymət düşüb aşağı.70-80 qəpikdir.Karli sortu tez bar verir.Demək olar ki,3 ildən sonra məhsul verir.Amma digər yerli sortlar 5 ildən sonra,təqribən 10-15 ilə tam məhsuldarlığa düşür.”

Naringi daha çox suya ehtiyac duyan meyvə kimi tanınır.Bu meyvə insan orqanizmi üçün xüsusilə faydalıdır.O maddələr mübadiləsini gücləndirir.İmmuniteti artırır.Qan damarlarının divarını möhkəmləndirir.Asanlıqla və ləzzətlə yediyimiz bu meyvənin yetişdirilməsi çox əziyyət tələb edir.

Ağabanu Ağayeva:Çox zəhmət çəkirik bunlar üçün.Əvvəlcə çala qazırıq,balaca tingləri əkirik.Birinci il karkaz edirik ki,soyuq vurmasın onu .2-3 ildən sonra böyüyəndən sonra açıqda olur.1 ağac, məsələn 50 kq,100 kq,150 kq məhsul verir.Balaca ağaclar 15-20 kq kimi bar verir.Suyunu gərək verəsən,dərmanını verəsən,su çox tələb edir.”

Fermerl bildirdi ki,bağı suvarmaq ucun 100 metr dərinlikdə artezian quyusu qazdirıb.
Bəzən su olmayanda isə Pensər çayından- 1500 metr məsafədən çəkdirdiyi sudan suvarmada istifadə edir.Təsərrüfat işləri çox zəhmət tələb etdiyindən bu işdə ona həyat yoldaşı Ağabanu xanım və övladları da köməklik göstərir.

Rafiq Ağayev: Yığılan məhsul bir qismini yerli bazarlara satışa çıxarırıq.Digər hissəsi isə anbarlarda saxlanılır.Hətta bu meyvələr aprel ayına kimi də qalır.Naringinin ikinci yığımına başlamışıq.Bu proses noyabr ayından başlayıb və dekabr ayınadək davam edəcək.

Astara Rayon Statistika İdarəsindən aldığımız məlumata görə ötən il rayonda 2227,8 hektar məhsuldar naringi bağlarından 33110 ton məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 276,2 sentner olub.

Əfsun Ələskərli

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Atasi Ibrahim kishi,hazirda qardashlari Natiq, kamil bacilari gulcahan, kinexanim da teserrufatcidirlar

Kijebe qesebesinde 12400 ehali yasayir, icra numayendeliyine 9 kend daxildir, ojekeran, tulegivan, burzubend, noyabud, veneshikesh, ovala,xicaso,shemetuk (sipyevilapart)