Rusiya, koronavirusa qarşı peyvənd vurduran insanların da COVID-19-a yoluxa biləcəyini, lakin onların xəstəliyi daha yüngül və fəsadsız formada keçirəcəklərini açıqlanıb.

Yeniavaz.com “Cümhuriyyet”ə istinadən xəbər verir ki, bu açıqlama Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) epidemioloqu Aleksandr Qorelov tərəfindən verilib.

Qorelovun sözlərinə görə peyvəndli şəxs, koronavirusa tutulacağı halda COVID-19-un göstəricilərindən olan sətəlcəm, ürək və böyrək zədələnməsi, eləcə də reaksiya yavaşlaması kimi fəsadlarla üz-üzə qalmayacaq.

Bununla birlikdə, rus mütəxəssis peyvəndlənəndən sonra da maska və əlcək ​​istifadə olunmasına diqqət çəkib. O deyib ki, bu şəkildə yoluxma riski əhəmiyyətli dərəcədə azalır.

Qeyd olunur ki, Rospotrebnadzorun prezidenti Anna Popova, COVID-19 peyvəndinin kosmik kostyum və ya xarici dünyadan təcridetmə vasitəsi olmadığını, onun sadəcə ağır xəstəlik və ölümdən qorunmanı təmin etdiyini açıqlamışdı.