Astara Dövlət Rəsm Qalereyası nəzdində fəaliyyət göstərən rəssamlıq dərnəyinin üzvləri beynəlxalq müsabiqələrdə uğurla çıxış edirlər.

Astarainfo.az xəbər verir ki, dərnəyin üzvü yeniyetmə həvəskar rəssam Mənsur Sədiyevin əl işləri Belarusda “Planetin uşaqları dostluq edirlər” devizi ilə keçirilən VII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində diploma layiq görülüb.

Rəsm Qalereyasının 9 nəfər həvəskar rəssamın əl işləri isə noyabr ayında Yaponiyada keçiriləcək XXI Kanagava Dünya Uşaq Sənət Sərgisinə göndərilib.

Astara Dövlət Rəsm Qalereyası, həmçinin Çexiya Respublikasında keçiriləcək 49-cu Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində iştirak etmək üçün dəvət alıb.

Həvəskar yeniyetmə və gənc rəssamlar beynəlxalq sərgidə uğur qazanmaq üçün səylə çalışırlar.