Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin müzakirəsi vaxtı baş verənlərdən danışıb.
Astarainfo.az
 xəbər verir ki, Paşinyan “facebook” səhifəsindən  yayımladığı statusunda bildirib ki, separatçıların başçısı Arayik Harutyunyan onu çağırıb müharibəni saxlamaq istədiklərini bildirib:
“Mən keçmiş prezidentlər Serj Sarkisyan, Robert Köçəryan, Ter Petrosyanla müzakirə aparmışam. Onlar da razılığın əldə olunmasının vacibliyi barədə mənə dedilər. Bu qərar tək mənim qərarım deyildi. Rusiya prezidentinə zəng edib təkliflərimi dedim. Eyni gün Milli Məclisin nümayəndələrini görüşə dəvət etdim. Müxalifəti də məlumatlandırdım və ümumi razılığa gəlməyimiz, xalqdan heç nəyi gizlətməyəcəmi bildirdim. Ancaq mən açıq bəyanat yaya bilmədim. Çünki, Azərbaycan təklifimi rədd etsəydi, bu bütün müqavimətimizin çöküşü demək idi”.
Paşinyan bundan sonra çarəsiz qalaraq yenidən Putinə zəng etdiyini bildirir:
“Sonra Rusiya prezidentinə yenidən zəng etdim və şərtlərlə razı olduğumu bildirdim. Putin mənə dedi ki, səhər İlham Əliyevlə danışıb mənə geri zəng edəcək. Putin mənə zəng edib dedi ki, Şuşanın boşaldılması üçün öhtəlik götürülməlidir. Ancaq mən bunu qəbul etmədim. Hadrudla razılaşsam da Şuşanın verilməsini təsəvvürümə gətirə bilmirdim. Bu bizim üçün yaxşı olmayacaqdı. Bu səbəblə atəşkəsdə razılığa gələ bilmədik”.
Bundan sonra isə müharibə yenidən davam etdi, Şuşa Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilir və Paşinyan bəyanatla razılaşmağa məcbur olur.(yeniavaz.com)