“Yaxın aylarda COVID-19 əleyhinə kütləvi vaksinasiya başlayacaq”.
Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən növbəti brifinqində Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib. O bildirib ki, Azərbaycanda dövlət səviyyəsində ən effektiv və ən zərərsiz vaksinlərin ölkəyə gətirilməsi haqqında tədbirlər bitib: “Həmin vaksinlər hazır olan kimi ölkəyə gətiriləcək və istifadə olunacaq. Bunun vasitəsilə biz kollektiv immunitet yaradıb pandemiyadan xilas ola bilərik”.

Astarainfo.az