Azərbaycan Respublikasının Təhsil Nazirliyinin  Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində Astara rayonunun ümumtəhsil məktəblərində fərdi kateqoriya üzrə qalib olmuş “Gələcəyin müəllimləri” layihəsi icra olunur.Rəhbəri Astara rayon S.Kələntərov adına Ərçivan qəsəbə 2 saylı tam orta məktəbin riyaziyyat-informatika müəllimi Emil Axundov olan bu layihənin icrasında məqsəd  ümumtəhsil məktəblərində çalışan, kifayət qədər pedaqoji təcrübəsi olmayan,3 ilə qədər iş stajına malik olan gənc müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə,metodiki və təcrübi işgüzarlığının artırılmasına ,müasir mərhələdə əyani və distant (məsafədən) təhsilinin təşkilinə təhsilalanlarla təlim üsulları və formalarından müəllimlər tərəfindən düzgün istifadə edilməsinə istiqamət vermək,kömək göstərməkdir.02.12.2020-ci il tarixdə layihənin online qaydada təqdimat mərasimi keçirilmiş,təlimə cəlb olunacaq təlim qrupları,təlimçilər,təlim cədvəli və təlimin gedişini əhatə edən fəaliyyət mexanizmi barədə iştirakçılar məlumatlandırılmışdır.

“Gələcəyin müəllimləri” layihəsi rayonun ümumtəhsil məktəblərində işləyən 125 nəfər gənc müəllimi əhatə edir.125 nəfər 5 təlim qrupuna bölünməkələ təlimlər keçirilir.Qrup təlimlərinə 25 noyabr 2020-ci il tarixində start verilmişdir.4 qrup üzrə təlimlər yekunlaşma üzrədir. Bütün qrup təlimlər online qaydada keçirilir.Təlimlər yüksək peşəkarlıq təcrübəsinə malik təlimçilər tərəfindən keçirilir.Qarşılıqlı anlaşma,işgüzar dinləmə və müzakirə,təcrübi məşğələ,təqdimatvermə və açıq dərsləri dinləmə formasında təşkil edilən təlimlər müdavimlər tərəfindən rəğbətlə qarşılanır.Bütün təlimlər yekunlaşdıqdan sonar qrup təlimlərində iştirak edən müdavimlərin qiymətləndirilməsi aparılacaq və iştirakçılara layihə rəhbəri tərəfindən sertifikatlar veriləcəkdir.

Layihənin Facebook səhifəsi-https://www.facebook.com/groups/2879697165608868Layihə Rəhbəri:-Axundov Emil Novruzəli oğlu