Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkə maraqlarını sonuna qədər qoruyan lider adlandırıb.
Astarainfo.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin hər il keçirilən ənənəvi mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barədə danışıb. O bildirib ki, Ərdoğan hər zaman sözünün üstündə durur:
“Ərdoğanla hərdən fikir ayrılıqlarımız olur, ancaq, o, sözünün üstündə duran adamdır. Hər hansı bir məsələ ölkəsinin xeyrinədirsə o məsələnin sonuna qədər gedir”.