Bildiyimiz kimi pandemiyanın ilk günlərindən bəri koronavirusun əlamətləri gündəmdədir. Bu virus hər bir insanda müxtəlif simptomlarla özünü göstərir. Eyni zamanda əlamətlər bir çox xəstəliklərlə oxşarlıq təşkil etdiyindən, insanlar koronavirusla digər xəstəlikləri ayırd etməkdə çətinlik çəkirlər. Belə ki, bel, baş kürək və sümük ağrıları, ürəkbulanma, quru öskürək, yüksək temperatur bu virusun əsas əlamətlərindən biri hesab edilir. Son zamanlar isə sosial şəbəkələrdə kürək ağrısından şikayət edən insanların çoxluq təşkil etdiyini və onlarda COVID-19-a yoluxma qorxusunun olması müşahidə edirik. Bəs yalnız kürək ağrısı olarsa, bunu koronavirusun əlaməti hesab etmək olarmı?
Məsələ ilə bağlı həkim-radioloq Aydın Əliyev  açıqlamasında bildirdi ki, tək kürək ağrısı olan şəxslərə koronavirus diaqnozu qoymaz olmaz:
“Tək koronavirusda deyil, bir çox xəstəliklərdə kürəkdə ağrılar müşahidə olunur. Şikayət nə qədər oxşar olsa da bu analiz və müayinələrlə dəqiqləşdirilməlidir. Tək kürək ağrısı olanda şübhələnmək olar amma dəqiq diaqnoz qoymaq olmaz.  Klinik əlamətlər çox rəngarəngdir. Boğaz ağrısı, kürək ağrısı ishal, qusma və s. Bu əlamətlər varsa yanlız şübhələnmək olar və test analizi verilməlidir. Əgər analiz nəticələri neqativ çıxıbsa və kürək ağrısı ilə yanaşı təngnəfəslik, boğaz ağrısı varsa KT (Kompüter Tomoqrafiya) olunmalıdır. O zaman artıq dəqiq cavab bəlli olacaq”.(Yeniavaz.com)