“Rusiya ilə Liviyada atəşkəslə bağlı tam uğur əldə edə bilmədik”.
Astarainfo.az
 xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Soçi şəhərində Türkiyə-Rusiya Birgə Strateji Planlaşdırma Qrupunun iclasından sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.
O bildirib ki, Türkiyə yeganə həll yolunun siyasi olduğuna inanır: “Haftar daxil olmaqla başqa bir ölkənin, “Türkiyə buranı tərk etsin” ( red – Türkiyənin Liviyaya dəstəyi nəzərdə tutulur) deməyə haqqı yoxdur. Haftarın təhdidlərinə güzəştə getməyəcəyik və bizim üçün bir təhlükə olarsa, tədbir görməkdən çəkinməyəcəyik”.