44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən paylaşılan video görüntülər Ermənistan Baş Prokurorluğa tərəfindən Ermənistan ordusunun hərbçilərinə qarşı  açılan cinayət işlərində dəlil kimi istifadə olunur.
Astarainfo.az
 Ermənistan mətbuatına istinadən bilirir ki, hərbi hissə komandirinin müavinlərindən birinə cinayət işi açılıb.
Bildirilir ki, 2020-ci ilin  9 oktyabr tarixində İşxanadzor (Qubadlının Xanlıq kəndi) bölgəsində Azərbaycan PUA-larının vurduğu zərbə nəticəsində çoxlu sayda erməni əsgər öldürülüb. Bununla bağlı video görüntünü Azərbaycan Müdafiə Nazirliyi paylaşıb. Həmin videodan belə görünür ki, PUA-nın səsini eşidən erməni əsgərlər qaçmaq istəyirlər, amma hərbi hissə komandirinin müavinini onlara avtomobilə minmələrini əmr edir. Erməni əsgərlər avtomobilə mindikdən sonra PUA ilə məhv edilir.
Ermənistan Baş Prokurorluğa orda ölən əsgərlərdən birinin valideyinin şikayəti əsasında hərbi hissə komandirinin müavini haqqında cinayət işi açıb və dəlil kimi də Azərbaycan Müdafiə Nazirliyinin paylaşdığı videolardan istifadə edilib.