Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.
Astarainfo.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Xankəndinin ətraf ərazilərinin minalardan təmizlənməsi zamanı rus sülhməramlıları hərbçilərin təhlükəsizliyini təmin etməyə və istənilən hava şəraitində ərazini yüksək səviyyədə təmizləməyə imkan verən müasir “Uran-6” mexanikləşdirilmiş minatəmizləmə maşınlarından istifadə edirlər.
2020-ci il 23 noyabr tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 414,6 hektardan çox ərazini, 160 km-dən çox yolu, 20-dən çox sosial əhəmiyyətli obyekt daxil olmaqla 617 yaşayış binasını təmizləyiblər. Ümumilikdə isə 19 minə yaxın partlayıcı maddə zərərsizləşdirilib.
Bununla yanaşı, aşkarlanan partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqondan çıxarılaraq məhv edilir.