“Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabr ayının 10-da bu funskiya təsbit edildi. Baxmayaraq ki, onlar indi orada humanitar işlərlə məşğuldurlar”.
Astaraonfo.az
 xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
Ölkə başçısı bildirib ki, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib:
“Biz buna, necə deyərlər göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Biz imkan verməyə də bilərdik.
Ermənistan 30 il bizim suyumuzu kəsib. 100 min hektar torpağı susuz qoyub. Baxmayaraq ki, həm Sərsəng, həm Suqovuşon su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşaa edilmişdir. Bizim suyumuzu kəsmişdilər. Amma yenə də deyirəm, biz onların səviyyəsinə düşməməliydik”.