Böyük Britaniya kraliçası II Elizabet və əri Edinburq hersoqu Filip koronavirus əleyhinə peyvənd edilib.
Astarainfo.az Yeniavaz.com-a istinadla  xəbər verir ki, bu barədə Bukinqem Sarayından bildiriblər.
Onlara hansı şirkətin peyvəndi vurulması barədə məlumat verilməyib.
Bildirilib ki, peyvəndlər onlara Vindzor qalasında kral həkimi tərəfindən vurulub.