Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.

Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək.

Strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm bir layihədir.

Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər.

Şuşaya çəkilən yol geniş və yüksək keyfiyyətli olacaq.

İndiki vəziyyətdə işğaldan azad olunmuş rayonlarda aeroportların inşası vacibdir, çünki insanları operativ şəkildə ora aparmağa ehtiyac yaranır.

Vaxtında Gəncə, yaxud Lənkəran, Qəbələ hava limanı tikilməsi ötən il iyul hadisələrindən sonra Azərbaycanla birgə hərbi təlimlər keçən türk hərbçilərinin və təyyarələrinin gəlməsi üçün mühüm rol oynadı.

Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək.

Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi.

Azərbaycan dövləti Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq.

Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Ermənilər Şuşanın tarixi erməni şəhəri olduğunu iddia etsələr də, orda heç bir ciddi abadlıq işləri aparmayıblar, yalnız xuntanın rəhbərləri özləri üçün villalar tikdiriblər.

Prezident İlham Əliyev: Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

Şuşanın bərpası üçün baş plan hazırlanır. Bütün binaların təftişi aparılıb.

Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək. Abidələrin əsl siması özlərinə qaytarılacaq.

 

Azərbaycan ordusunun rəşadəti haqqında

Prezident İlham Əliyev: Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq.

Noyabrın 8-də qədim Şuşa şəhəri Azərbaycan hərbçilərinin böyük qəhrəmanlığı, peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilib.

Prezident İlham Əliyev: Düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik.

Düşmən cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxarmağa məcbur olub.

Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir.

44 günlük müharibənin hər bir günü zəfər günü idi.

Azərbaycan ordusu bir gün belə geri addım atmadan yalnız irəli gedib. Bu, dünya hərb tarixində çox nadir hallarda müşahidə edilən bir mənzərədir.

İnkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri Vətən müharibəsinin hər bir gününü təhlil edirlər.

Prezident İlham Əliyev: Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır.

Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi.

Azərbaycan ordusu Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri məhv edib, Şuşanı Sarkisyan-Koçaryan cütlüyünün ordusunun əlindən geri alıb.

Xuntanın nümayəndələri müharibə vaxtı qaçıb gizlənmiş, sadə erməni gənclərini qırğına vermişlər.

 

AXC-Müsavat cütlüyünün tarixdəki mənfi rolu haqqında

1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal edilib.

Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olub.

Torpaqların işğal edilməsi o vaxt hakimiyyətdə olmuş AXC-nin birbaşa məsuliyyətidir.

Prezident İlham Əliyev: Şuşanın, Kəlbəcərin, Laçının, bütün ətraf bölgələrin işğal edilməsi, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılması Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin günahıdır.

AXC ovaxtkı hakim komandanı yıxıb hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı heç bir əməliyyat keçirmədən boşaldaraq düşmənə təslim edib.

Xalq Cəbhəsi-Müsavat hakimiyyətə gəlmək naminə satqınlıq, cinayət törədib.

Səriştəsiz kadrlardan formalaşmış AXC hakmiyyəti talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb.

Prezident İlham Əliyev: Ovaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, amma qorxaqcasına Şuşadan qaçmışdı.

Prezident İlham Əliyev: Ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. Azərbaycan onlara elə toy tutdu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar.

44 günlük müharibənin gedişində dünyanın müxtəlif geosiyasi qütblərindən edilən təzyiq və təhdidlərə baxmayaraq, Ali Baş Komandan düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək əzmindən geri dönməmişdir.

Milli xəyanət nəticəsində itirilmiş müqəddəs Şuşa şəhəri Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalq-ordu-iqtidar vəhdəti nəticəsində azad olundu.

Prezident İlham Əliyev: Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır.

 

 

 

Ulu öndərin tarixi missiyası

Sovet dövrünün rəsmi ideoloji basqılarına baxmayaraq Ulu Öndər Azərbaycanda milli şüurun yüksəldilməsi üçün ardıcıl addımlar atmışdır.

1920-c illərdə sovet bolşevik hakimiyyətinin Azərbaycanın daxilində tədricən partlayan mina kimi qoyduqları Dağlıq Qarabağ probleminin həlli üçün Ulu Öndər burda demoqrafik balansı azərbaycanlıların xeyrinə dəyişən tədbirlər görmüşdür.

1969-1982-ci illərdə Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, Dağlıq Qarabağda yeni müəssisələr yaradılmış və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislər gəlmişdi. Ulu Öndərin bu uzaqgörən siyasəti nəticəsində Dağlıq Qarabağda milli tərkib azərbaycanlıların xeyrinə xeyli dəyişmişdi.

Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər.

Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi Molla Pənah Vaqifin şərəfinə məqbərənin tikintisində də özünü göstərib.

Prezident İlham Əliyev: Xanın vəziri olan insanın şərəfinə o vaxt – sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi.

Eyni zamanda bununla Qarabağın tarixin bütün mərhələlərində azərbaycanlılara məxsus olması haqqında aydın mesaj verilirdi.

Prezident İlham Əliyev: Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşamışdır.

1982-ci ildə Heydər Əliyevi Bakıdan Moskvaya təyin etməsəydilər, burada separatizmin baş qaldırmasına imkan verməzdi.

Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycan iflasdan xilas olmuş, milli inkişafın, milli dövlətçiliyin yeni mərhələsi başlamışdır.

Prezident İlham Əliyev: Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik.

 

Qazilərə və şəhid ailələrinə göstərilən dövlət qayğısı

· Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub.

· Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir.

· Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar.

· Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər verib.

· Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub.

· Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq.

· İkinci Qarabağ müharibəsində Qələbə münasibətilə yeni orden və medallar təsis edilərək Prezident tərəfindən müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçilər təltif edilib.

 

Prezident İlham Əliyev: Bu müharibəni şəhidlərimizin canı, qanı hesabına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq.

 

 

Söz və əməlin vəhdəti

Prezident İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”- deyir. Şuşa səfəri Milli Liderin sözünün və əməlinin vəhdətinin növbəti nümayişi oldu.

Prezident 2010-cu noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq.

2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı.

Separatçı rejiminin nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanıyıb Dağlıq Qarabağda öz səfirliyini açsa.

Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycna ordusunun parlaq zəfəri bu iyrənc, təkəbbürlü ifadələrin sahiblərini qorxaqcasına susmağa məcbur edir.

Prezident çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq.

Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.

Azərbaycan güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına tarixi ədaləti bərpa edir.

Azərbaycan ancaq öz gücü hesabına öz torpaqlarını azad etməli idi və bunu etdi.

Prezident İlham Əliyev: Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik.

Düşmən qabağımızda diz çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur.

Prezident İlham Əliyev: Alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq.

 

Səfərin mesajları

Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri ilə birlikdə Şuşaya səfəri tarixi, eyni zamanda daxili və xarici auditoriyalara zəngin mesajlar ehtiva edən bir səfər idi.

Müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı Şuşaya getmişdir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın ziyarət etdikləri obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərini ziyarət edərək məscidlərə Məkkədən gətirilmiş “Qurani-Şərif” kitabları hədiyyə verib, dualar ediblər.

Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti – Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb.

Güllələnmiş büstlər erməni vandalizminin şahidləridir.

Prezident İlham Əliyev: Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar.

Prezident İlham Əliyev: Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür.

Milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin, xüsusən Üzeyir bəyin büstünün Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzi olacaq.

Vətən müharibəsindəki möhtəşəm Zəfərlə yeni doğuluşunu yaşayan azərbaycanlı etnosunu isə mütləq yeni mədəni intibah gözləyir.

Prezident avtomobil sürərkən Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisini nümayiş etdirir. Bəllidir ki, bir müddət əvvəl burda erməni diversantları böyük təxribat törətmiş, xüsusi əməliyyatdan sonra çoxsaylı diversantlar ələ keçirilmişdi. Moskva görüşü ərəfəsi Ermənistan baş naziri onların azad olunmasını şərt kimi irəli sürsə də, Azərbaycan bu tələbi rədd etmişdi.

Xocalı rayonun Sığnaq kəndindən keçərkən isə Azərbaycan, Türkiyə bayraqları və yolu inşa edən Türkiyənin “Kolin” şirkətinin bayrağı nümayiş olunur. Bu, keçmiş Dağlıq Qarabağın inzibati ərazisi olmuş yerlərə Türkiyə və Azərbaycanın birgə daxil olmasının rəmzidir.

Paşinyan və ailə üzvləri, daha əvvəllər isə Sarksiyan, Koçaryan və digər xunta üzvləri Şuşaya hərbi əsirləri işkəncə etmək, büst oğurlamaq, talan üçün gəlirdisə, Azərbaycan rəhbərliyi quruculuq üçün gedir.

Həm məscid, həm kilsəni ziyarət etməklə Prezident dünyaya tolerantlıq, gələcək birgəyaşayışın mümkünlüyü barədə mesajlar verdi.

Prezident İlham Əliyev: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq.

Prezident İlham Əliyev: Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, yararsız vəziyyətə salıb.

Heydər Əliyev Fondu tərəfindən bütün tarixi-dini abidələrimiz, o cümlədən Şuşadakı məscidlər əsaslı təmir və bərpa olunacaq.

1982-ci ilin 14 yanvar tarixində Heydər Əliyev Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Həmin vaxt İlham Əliyev də orada idi: 39 il sonra o, yenidən Şuşaya qayıtdı.

Prezident 39 il əvvəlki səfərdə çəkilmiş fotonu əlində tutaraq yenidən eyni yerdə kamera önünə keçərək Ulu Öndərin Şuşayla bağlı vəsiyyətini, yarımçıq qalmış arzularını yerinə yetirdiyini, siyasi irsə sahib çıxıdğını göstərir.

Prezident İlham Əliyev: Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir.

Vaqifin məqbərəsinin açılış günü səfər etməklə yalnız mədəniyyətimizə deyil, siyasi ənənələrimizdə varislik, ardıcıllıq mesajı verildi.

İlham Əliyev 8 noyabrda Şuşanı Azərbaycana qaytarmışdı, yanvarın 14-də isə Azərbaycanı Şuşaya qaytardı.

Bu il Şuşada Vaqif Poeziya Günləri və “Xarı bülbül” festivalı keçiriləcək.

Şuşada muğam dinləniləcək, beynəlxalq muğam festivalı keçirələcək.

Prezident İlham Əliyev: Cıdır düzündə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək.

Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub.

Moskva səfərindən sonra Prezidentin Şuşaya səfəri Qarabağın sahibinin kim olması mesajını da ehtiva edir.

Prezident İlham Əliyev: Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Səfər barədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın paylaşımları qısa zamanda sosial şəbəkələrdə aparıcı trendə çevrildi. Bununla mesaj verildi ki, ölkənin ali siyasi elitasının səfərləri önündə təhlükəsizlik baxımından heç bir narahatlıq yoxdur.

Prezident İlham Əliyev: 39 ildən sonra Şuşaya düşmənin belini qıran müzəffər, qalib Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!

Qarabağın nə statusu, nə parlamenti, nə perspektivi, nə də gücü yoxdur.

Prezident İlham Əliyev: Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də, status da gorbagor oldu, cəhənnəmə getdi.

Azərbaycan şəhərlərinə, tarixi abidələrinə qarşı vandalizm aktlarını törədənlər Sarkisyan-Koçaryan cütlüyüdür.

Prezident İlham Əliyev: Koçaryan-Sarkisyan, mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq.

 

Qondarma rejimin və Ermənistanın müharibə vaxtı qaçıb gizlənmiş, sonradan üzə çıxmış bəzi “siyasi liderlərinə” də sərt xəbərdarlıq edildi:

· Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər Azərbaycanın səbri ilə oynamasın, 44 günlük müharibə onların yadından çıxmasın.

· Yoxsa ordu qurub torpaqları geri alacaq? Siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik.

· Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək.

· Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha qırar.

 

Cıdır düzündə Yeravandan gələn dəstə sərxoş vəziyyətdə eybəcər rəqslər edirdilərsə, oranın əsl sahibi olan azərbaycanlılar Ali Baş Komandanın timsalında azərbaycansayağı çay dəstgahı ilə cavab verdilər.

Prezident İlham Əliyev: Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır.

 

Kənar qüvvələrə də açıq xəbərdarlıq edilir:

– Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib.

Prezidentin xüsusi təyinatlıların adını da təsadüfən çəkmədi. Şuşanı ağlasığmaz əməliyyatla azad edən bu qüvvələr erməni ordusunun kabusuna çevrilib və dövlət başçısı Ermənistana xəbərdarlıq edərkən onların adını çəkməklə təxribatlara qarşı veriləcək cavabın miqyasını göstərir.

Prezident İlham Əliyev: Azərbaycanı silahlı qüvvələri, qəhrəman övladları, xüsusi təyinatlılar, Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın.

Prezident İlham Əliyev: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.

Prezident İlham Əliyev: Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

 

Ermənistanla dostluq edən müsəlman ölkələrinə mesajlar:

· Ermənistan vandalizmi, irqçiliyi, etnik-dini dözümsüzlüyü dövlət siyasətinə çevirmiş islamofob ölkədir, məscidləri, dini abidələri, məscidlərin minarələrini dağıdıb, viranə qoyub, müqəddəs məbədləri təhqir edib, donuz saxlayıb, üzərində təhqiramiz ifadələr yazdırıb.

· Müsəlman dini abidələrini təhqir edən Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz.

· Ermənistanla dostluq edən müsəlman ölkələrin liderləri öz xalqlarına cavab verməlidir.

· Ermənistanı dost ölkə kimi qəbul etmək riyakarlıqdır, Allahsızlıqdır.

Bir müsəlman ölkəsinin mütəxəssisləri Azərbaycanın icazəsi olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər.

Prezident İlham Əliyev: Yuxarı Gövhərağa məscidininin Ermənistan tərəfindən “təmiri” riyakarlıq rəmzidir.

 

 

İlham Əliyev dövrünün yeni nəsli

Adətən, bir ölkənin tarixində yeni dövr, yeni mərhələ yarada bilmiş liderlərin ardıcılları haqqında “onun yetişdirdiyi xalq” ifadəsi işlənir. Milli Lider İlham Əliyevin hakimiyyətdə olduğu son illərdə vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib.

Bütün nəsillərdən olan vətəndaşlarımızın Qələbədə böyük zəhməti, payı var.

Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Döyüşdə qəhrəmanlıq göstərən, öz şücaətləri ilə dünya hərbi ekspertlərini heyrətə salan əsgər, MAXE və zabitlərin çoxu ali təhsilini, orta təhsilini, hətta bir çox hallarda məktəbəqədər təhsilini İlham Əliyevin hakimiyyəti illərində alaraq vətənpərvər kimi yetişmiş 18-35 yaşlı gənclər idi.

Prezident İlham Əliyev: Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.

Prezident İlham Əliyev: 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.

Prezident İlham Əliyev: Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib.

Qələbəmizin rəmzi olan yumruq həm güc, həm də birlikdir.

Azərbaycan bundan sonra daha da güclü olacaq.

Prezident İlham Əliyev: Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar.

Azərbaycanın timsalında bunu hər kəs gördü.

Azərbaycanın davası haqq davasıdır. Ermənistanın davası işğalçılıq davasıdır.

Prezident İlham Əliyev: Haqq-ədalət güc, iradə, siyasət, birlik hesabına zəfər çaldı! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Prezident İlham Əliyev: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!