Astara rayonu ərazisində yerləşən Hirkan Milli Parkında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən söndürülüb.

FHN-nin mətbuat xidmətindən Astarainfo.az-a bildiriblər ki, ilkin hesablamalara görə, təxminən, 100 hektar sahədə quru ağac, kol-kos və xəzəl yanıb.