Heyvandarlıq Astara rayonunda aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir.

Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a  verilən məlumata əsasən, hazırda rayonda 40 min 96 baş iribuynuzlu mal-qara, 19 min 843 baş davar saxlanılır.

Ötən il rayonda 3 min 938,6 ton ət (diri çəkidə), 27 min 351,6 ton süd, 27,0 ton yun, 11 milyon 428 min ədəd yumurta istehsal olunub. 2019-cu illə müqayisədə 14,2 tondan çox süd, 1 tondan çox yun, 5 min ədəddən çox yumurta tədarük edilib.