Koronavirusun mutasiyaya uğramış forması İngiltərədən sonra daha 60 altımış ölkə və bölgədə aşkarlanıb.
Astarainfo.az “TASS”a istinadən xəbər verir ki, bu nəticə yanvar ayının 12-sinə kimi olan məlumatdır. Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə nəşr olunan həftəlik epidemioloji bülletenində açıqlama verilib. Açıqlamada həmçinin qeyd olunur ki, virusun mənbəyi Afrikadan gəlib.
12 yanvar tarixindən bəri Braziliyada koronavirusun P.1 adlandırılan daha bir növünün aşkarlandığı bildirilib. ÜST mütəxəssisləri yeni formalaşan növlərin nə qədər yoluxucu və təsiredici gücə malik olduğunu müəyyənləşdirməyə çalışır.
Qeyd edilir ki, ÜST-ün Fövqəladə Komitəsi 14 yanvar tarixli iclasında ölkələri mutasiyaya uğramış COVID-19 patogenlərinin genomik ardıcıllığı ilə bağlı elmi tədqiqatları genişləndirməyə və mövcud məlumatları digər dövlətlərlə bölüşməyə çağırıb.