Ötən il Astara rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 78 milyon 259,3 min manat təşkil edib. Bunun 41 milyon 895,7 min manatı heyvandarlıq, 36 milyon 363,6 min manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Bu barədə Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a məlumat verilib.
Bildirilib ki, 2019-cu illə müqayisədə rayonda kənd təsərrüfatının istehsalı 0,7 faiz, o cümlədən bitkiçilik məhsulları isə 4,8 faiz artıb.