2021-ci il yanvarın 1-i vəziyyətinə Astara rayonunda iqtisadi fəal əhalinin sayı 54 min 664 nəfər olub. Bunun 51 min 308 nəfərini məşğul əhali təşkil edib.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində ötən il Astara rayonunda 976-sı daimi olmaqla, 1200 yeni iş yeri yaradılıb.

Bu barədə Astarainfo.az  Astara Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, rayonda yeni açılan daimi iş yerlərinin 48-i mövcud müəssisə və təşkilatlarda, 928-i isə fiziki şəxslər tərəfindən yaradılıb.

Ötən il, həmçinin ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da koronavirus pandemiyasına qarşı mübarizə şəraitində 224 nəfər DOST İŞ MMC tərəfindən 2 aylıq müqavilə əsasında ictimai işlərə cəlb olunub.