Vətən müharibəsi təkcə torpaqlarımızın azadlığı və zəfər müjdələriylə yadda qalmadı, həm də bəlkə heç vaxt tanımayacağımız igid oğulları bizə tanıtdı. Onlardan biri rayonun Şiyəkəran kənd sakini Vüqar Əmrullayevdir. Artıq qazilərimiz ordudan təxris olunaraq sağ-salamat evlərinə qayıdıblar. Biz də Vüqarla atası ilə birgə yaşadığı evdə görüşdük.
Əmrullayev Vüqar Xudaverdi oğlu 1988-ci il təvəllüdlüdür. 2011-ci ildə anasını itirən Vüqar atası il yaşayır.27 sentyabrda ordu sıralarına könüllü yazılıb və döyüş bölgəsinə yola düşüb.Oğul Vətənin dar günündə onun müdafiəsinə hazır olmalıdır deyən Vüqar Naxçıvanda həqiqi hərbi xidmətdə olub və xüsusi təyinatlı qoşunda xidmət edib.
44 günlük müharibədə tank əleyhinə qumbaraatan vəzifəsini icra edib.Xüsusi Təyinatlı Qoşunun tərkibində vuruşub.
Döyüş yolu Füzuli,Xocavənd və Şuşadan keçib.Horadiz istiqamətindən döyüşə qatılan Vüqar qeyd edir ki, Füzildə “ 40 metr ” deyilən yerdə 5 gün mühasirədə qalıblar.Oradan oktyabrın 6-da yaralı əsgəri hospitala gətirirlər.Həkimlər ağır kəllə-beyin travması aldığına görə ona döyüşə girməyə icazə vermirlər. Vüqar isə heç kəsi dinləmir,ağrılarını unudub yenidən döyüşə atılır.Bu dəfə Xocavənd Şuşa istiqamətində döyüşməyə başlayır.Qırmızı bazar deyilən yerdə düşmənin minomyot atəşləri nəticəsində yenidən yaralanır.Ağır kəllə-beyin travması və sağ tərəfindən çoxlu qəlpə yaraları alıb.
Vüqar qeyd edir ki,Şuşanın azad edilməsini həzm edə bilməyən düşmən hər həmlədə təxribat törədirdi.
“Ermənilər bizim səsimizdən qorxurdular. Bizim ordu bütün istiqamətlərdən onların qarşısını almışdı.Alçaq düşmən 6 aylıq,3 yaşlı uşaqlarını,ailələrini atıb gedirdi.Biz isə onlardan fərqli olaraq körpələrə toxunmurduq, əksinə onların qayğısına qalırdıq ,yedizdirib,içizdirib dövlətə təhvil verirdik.”
İkinci dəfə xəstəxanada ayılan Vüqara birdirirlər ki, artıq döyüş bitib ,qələbə Azərbaycanındır.Bu xəbəri eşidən Vüqarın kədər və sevinc göz yaşları bir-birinə qarışır.
Əfsun Ələskərli