Haqqında danışacağımız növbəti qəhrəman cəsur kəşfiyyatçı İlkin Kazimovdur.Vətən müharibəsinin ilk şəhidlərindəndir İlkin.Dostlarının və ailəsinin ona verdiyi suallara cavabında Vətən yolunda  and içmişəm ,hərbi sirdir deyərdi.Sonuncu dəfə 2020-ci ilin avqustunda övladının ad günündə evlərinə 8 günlük məzuniyyətlə gəlir.Amma 5 gün sonra Vətənə xidmətdən gözəl iş yoxdur  deyib,hərbi hissəyə qayıdır.

İlkin 1995 ci il 4 avqustda anadan olub.Yaqub Ağayev adına  Artupa kənd orta məktəbini bitirib.2012-cı ildə həqiqi hərbi xidmətə gedib. 2016-cı ildə ailə həyatı qurub.2017-ci ildə Milli orduda müddətdən artıq hərbi xidmətə başlayıb.Qusar  rayonunda bir müddət çalısan İlkin sonralar Agcabədi rayonunda xidmət edir.

26 sentyabrda həyat yoldaşı və ailəsi ilə telefon əlaqəsi yaradır.Atası ilə danışanda ailəsini və uşaqlarını ona əmanət edir.Sanki vida edirmiş kimi  həmin gün bütün qohum-əqraba ilə  telefonda danışır.

Agdərə və Tərtər istiqamətində döyüşlərə qatılır kəşfiyyatçı qəhrəman.27 sentyabrda qonşu kəndə şəhid xəbərinin gəldiyinə görə heyfislənən Xanməmməd kişi nə biləydi ki,öz evlərinə də qara xəbər gələcək.

“Həmişə deyirdi ki,müharibə olsa birinci mən gedəcəyəm.Qoymaram Vətən ermənilərə qalsın.”

27 sentyabrda  sübhçağı yaralanan İlkin həyat yoldaşına zəng edib son vəsiyyətini edir.Doğulacaq körpəm oğlan olarsa ona mənim adımı,əgər qız olsa İlkinar adını verərsiniz,-deyir.

Şəhidin həyat yoldaşı Aysel Kazımova həmin acı günü göz yaşları içində xatırladı:

“Ürəyimdə həyəcan var idi.İlkin döyüşə girəndə mənimlə danışdı, qəlbimə səksəkə düşdü.Döyüşə girəndə dedi ki,özünüzdən muğayat olun.Döyüşdür də, hər şey ola bilər.Qismətdə şəhid olmaq varsa onu da yaşayacağıq.Siz narahat olmayın.4 illik ailə həyatında İlkindən heç bir incikliyinin olmadı,heç bir istəyimə etiraz etmirdi.Yaralanandan sonra da mənə zəng etdi,son nəfəsini mənimlə aldı.”

İlkin 3 yazlı qızı Nazlı və hələ ana bətnində olan 6 aylıq körpəsini onlara əmanət edir.25 yaşlı şəhid gizir ölümündən sonra  “Vətən uğrunda “ medalı ilə təltif olunub.

                                                                                       Əfsun Ələskərli