Rayon Gənclər və İdman İdarəsi, RayonTəhsil Şöbəsi, Pedoqoji Kolleci ilə birgə zoom proqramında 2  fevral  Azərbaycan   Gəncləri  gününə həsr olunmuş rayon gənclərinin onlayn konfransı  keçirilib.

         Tədbirdə Vətən müharibəsinin qaziləri və iştirakçıları, könüllü və ictimai fəal gənclər,müəllimlər, tələbələr,i darə və müəssisələrin rəhbər işçiləri iştirak ediblər.

         Tədbirin açılış mərasimində aparıcı moderator Vətən müharibəsi qazisi, RGİİ-nin rayonunda gənclərlə iş üzrə nümayəndəsi, könüllülərlə iş üzrə koordinatoru Abbas İbrahimli nümayəndələri, gəncləri təbrik edib.Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

     Rayon Təhsil Şöbəsinin müdiri Rəşad  Həsənov, Vətən Müharibəsinin qazisi, baş leytenant, Rüfət Əsədullayev, DQİDK-nin Lənkəran bölgəsi üzrə söbəsinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı, Turan Həsənzadə, Astara  Pedaqoji  Kollecinin əməkdaşı Xanımnisa İsayeva, şəhər 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Babək Rzayev, şəhər 6 saylı tam orta məktəbin İnformatika müəllimi Həmidə Abbasova, Yeni Azərbaycan Partiyası rayon Gənclər Təşkilatının sədri Asiman Qasımlı, Vətən müharibəsi qazisi, rayonda  gənclərlə iş üzrə nümayəndə və könüllülərlə iş üzrə koordinator Abbas İbrahimli, Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev çıxış edərək gəncləri təbrik edərək, onlara vətənpərvər ruhda böyüməyi, milli-mənəvi dəyərlərə uyğun fomalaşmağı tövsiyyə  edərəksağlamlıqlarında, təhsillərində, karyeralarında uğurlar arzulayıb.

     

                                                                                    İqrar Cəfərov, RGİİ-nin rəis müavini,

                                                                             Rufan Şirinov, RGİİ-nin aparıcı məsləhətçisi