İndi balaca İlkinarın beşiyini rəngarəng oyuncaqlar deyil,igid atasının şəkilləri bəzəyir.Həyatda ona qucaq açacaq atasını görmək nəsib olmasa da,ondan miras qalmış Vətən sevgisi,şücaət onu daim mətin və qürurlu bir övlad kimi böyüdəcək.İlkinar təkcə İlkinin deyil, bir Vətənin,bir dövlətin,bir millətin övladıdır.
Bundan başqa, onun üç yaşlı Nazlı adlı qızı da var.
Qeyd edək ki, Agdərə və Tərtər istiqamətində döyüşlərə qatılan kəşfiyyatçı qəhrəman İlkin Kazımov ötən il sentyabrın 28-də qəhrəmancasına vuruşaraq şəhidlik məqamına ucalıb.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla İlkin Kazımov Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərərək şəhid olduğuna görə “Vətən uğrunda” medalı ilə təltif edilib.





