Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.Bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.Astarainfo.az  rayon sakinlərinin mövzuya münasibətini öyrənib.Astaralılar Prezident İlham Əliyevin  şəhid ailələrinin üzvləri və müharibə əlillərinə qarşı diqqətini yüksək qiymətləndiriblər.Həmin müsahibələri təqdim edirik.

 

Yaqut Ağayeva(şəhər sakini):   . “Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə mənzillər verilir, ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstərilirAzərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən çoxlu sayda Fərman və sərəncamlar imzalanıb. Dövlət başçımız tərəfindən imzalanan sərəncamlar onun bu vacib məsələyə son dərəcə həssas münasibət göstərildiyini bir daha təsdiq edir.Həqiqətən də, Prezident İlham Əliyev bizim bir millət olaraq şansımıza yazılan ən gözəl Allah payıdır.”

Vəfa Nəzirova(şəhər sakini):  “Prezident İlham Əliyevin bu il yanrın 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.Astara rayonunda da bu qəbildən olan insanların dövlət səviyyəsində qayğı ilə əhatələnməsi, hər birinin probleminin fərdi qaydada araşdırılması və həlli istiqamətində konkret addımların atılmasını  biz  çox yüksək qiymətləndiririk. Şəhid ailələrinin mənzillərlə təmin edilməsi, yaşayış şərtlərinin yaxşılaşdırılması, qazilərimizin realibitasiyası, işlə və avtomobillərlə təmin olunmaları və sair bu kimi addımlar göstərilən qayğının ana xəttini təşkil edir.”

 Mehman Ağayev(şəhər sakini):Məlum olduğu kimi Ramanı kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Belə bir qısa müddətdə bütün bu kimi böyük işlərin görülməsi, sözün həqiqi mənasında, dövlətin şəhid ailələrinin mənzil problemlərinin tez bir zamanda həll edilməsinə çalışmasından xəbər verir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcək. Ümumilikdə bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib.Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib. Bu,dövlətimizin,möhtərəm  Prezidentimizin ,Ali Baş Komandanımızın  müharibə iştirakçılarına olan qayğısının bariz nümunəsidir”

 

Nuranə Dadaşova (şəhər sakini):  “Cənab Prezidentin də qeyd etdiyi kimi bizim müharibəmiz azadlıq müharibəsi idi.Ermənistan isə işğalçılıq müharibəsi aparırdı. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Onu da qeyd edək ki, Azərbaycanın Ermənistan üzərində qələbə qazanması uzun illər ərzində aparılan məqsədyönlü hazırlığın nəticəsi idi. Ölkə bütün gücünü səfərbər etdi, bir çox illər ərzində ardıcıl siyasət aparıldı, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər görüldü. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Ordunun maddi-texniki bazasının gücləndirilməsindən, modernləşdirilməsindən tutmuş, canlı qüvvəsinin fərdi keyfiyyətlərinin artırılmasına qədər olan bütün sahələr üzrə sistemli addımlar atılmışdı. Biz bundan sonra da prezidentimizin çox uğurlu,xalqımızı işıqlı gələcəyə aparan addımlar atacağına inanırıq və hər zaman onun ətrafında sıx birləşəcəyik.”

Aygün Qurbanova (şəhər sakini) : “Sözügedən konfransda, həqiqətən, mükəmməl,ölkə xaricində də dəyərləndirilən bir dialoq oldu.Prezident xüsusi olaraq vurğuladı ki, Ordu quruculuğu məsələləri daim diqqət mərkəzində qalacaqdır. Daimi və dayanqlı sülh istəyən dövlət təbii ki, hər an müharibəyə hazır olmalıdır. Ermənistan kimi qonşusu olan ölkə olaraq isə bizim daim hazır vəziyyətdə olmamız şərtdir. Odur ki, dövlət tərəfindən yeni silah müqavilələrinin imzalanması təqdirəlayiqdir və alqışlanmalıdır. Aparılacaq islahatlar daha çevik, daha döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaq.Mən Cənab Prezidentə möhkəm cansağlığı, Azərbaycanımızın yüksəlişində və Qarabağın bərpasında yeni-yeni uğurlar arzulayıram.”