Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidləri Nadir Xəlilov və Cavid Sahratova məxsus əşyalar təhvil verilib.

Bu barədə Astarainfo.az-a  muzeydən məlumat verilib. Bildirilib ki, şəhidlərin əşyaları muzeyin baş mütəxəssisi Nüşabə Əsədova vasitəsilə muzeyə təhvil verilib.

Nadir Xəlilov 1984-cü ildə Astara rayonunun Artuna kəndində anadan olub. 2005-ci ildən başlayaraq gizir rütbəsilə tank komandiri vəzifəsində xidmət edib. “Qüsursuz xidmətə görə” III dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalları ilə təltif edilib. O, Vətən müharibəsində qəhrəmancasına döyüşüb, sentyabrın 30-da şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Cavid Sahratov 1981-ci ildə Yardımlı rayonunun Əsədabad kəndində anadan olub. 2016-cı ilin Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 9-da şəhid olub. C.Sahratov 8 orden və medal və 9 fəxri fərman alıb.