“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununununa (Qanun) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə dəyişiklik haqqında Qanunununa əsasən 1 yanvar 2021-ci il tarixindən etibarən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılmışdır. Belə ki, Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri üzrə sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi, sığortaedənin vəsaiti hesabına isə sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi dərəcəsi ilə icbari tibbi sığorta haqqı tutulur.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri üzrə sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 1 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi, sığortaedənin vəsaiti hesabına isə sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 1 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi dərəcəsi ilə icbari tibbi sığorta haqqı tutulur. Əməkhaqqının 8000 manatadək hissəsindən sığortalı və sığortaolunan tərəfindən ödənilən 2 faiz sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Güzəşt müddəti bitdikdən sonra həm sığortaolunanın gəlirlərindən, həm də sığortalının vəsaiti hesabına 8000 manatadək hissəsindən 2 faiz olmaqla ümumilikdə 4 faiz dərəcə ilə icbari tibbi sığorta haqqı tutulacaqdır.

İcbari tibbi sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), Miqrasiya Məcəlləsinə əsasən respublikada müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (respublikada qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) şamil edilmir.

İcbari tibbi sığorta haqqı hər ay üçün əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda hesablanmalı, sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağdsız hesablaşma qaydasında aidiyyəti fonda ödənilməlidir.

Hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilməlidir.