Ermənistanın İnzibati Məhkəməsinin qərarı ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyan öz vəzifəsini davam etdirəcək.
Astarainfo.az
 “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Qasparyanın vəkili Artura Ovannisyan feysbuk səhifəsində məlumat verib.
Vəkilin sözlərinə görə, qərara əsasən O.Qasparyanın Baş Qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcək.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahı 25 fevral tarixində hökumətin istefasını tələb etmiş və həmin ərizə 40-a yaxın yüksək rütbəli zabit tərəfindən imzalanmışdı. Bundan sonra Ermənisatının baş naziri Nikol Paşinyan bunu çevriliş cəhdi adlandıraraq dərhal Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərar vermişdi. Ermənistan prezidenti Armen Sarkisyan sənədi iki dəfə imzalamaqdan imtina etsə də sonradan qərarı konstitusiyaya əsasən imzalamış və Qasparyan vəzifəsindən azad edilmişdi.