Astara rayonunun Hamoşam kəndində birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Astarainfo.az-a  verilən məlumata görə, ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli üçotaqlı ev və əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.