1. But Bu gün Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.
    Astarainfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
    Bildirilib ki, telefon danışığı zamanı tərəflər Ermənistan ordusunda həyata keçirilən irimiqyaslı islahatları, Ermənistanın Syünik vilayətində təhlükəsizlik tədbirlərini, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini, hərbi-siyasi məsələləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.