Astara rayonu Zülfüqar Əhmədzadə adına Pensər kənd 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Hüseynov Salman Zaman oğlu 55-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının seçmə turunda uğurla çıxış edib.

Astarainfo.az  xəbər verir ki, Beynəlxalq Olimpiadanın seçmə turunda qalib adını qazanan astaralı məktəbli bu il 20-26 aprel tarixlərində keçiriləcək olimpiadanın final mərhələsində ölkəmizi təmsil edəcək 4 nəfərdən ibarət milli komandanın tərkibinə daxil edilib.