Bu gün Azərbaycan şəhidi Əliyev Ruslan Aslan oğlunun doğum günüdür. 2000-ci il aprelin 8-də Ərçivan qəsəbəsində, zəhmətkeş ailədə dünyaya göz açmış Ruslan Əliyev Ərçivan qəsəbəsində orta məktəbi bitirib. O, 2020-ci ilin 8 fevralında müddətdən artıq hərbi xidmətdə fəaliyyətə başlayıb. MAHHXHQ qulluqçusu kimi Ruslan Əliyev 44 gün davam edən Vətən Müharibəsində Tərtər, Ağdərə istiqamətində yerləşən yaşayış məntəqələrinin azad edilməsində xüsusi fəallıq göstərib. 2020-ci ilin sentyabrın 29-da Ruslan Talış kəndi uğrunda gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Erkən yaşlarında idmanın boks növü ilə məşğul olmuş Ruslan zona respublika yarışlarının qalibi kimi bir çox uğurlara imza atıbdır. 2015-ci ildə respublika çempionatın;n qalibi olan Ruslan Əliyev bu gün Azərbaycan şəhidi kimi fəxrlə anılır, məzarlığı ziyarət edilir.

Şəhadətli doğum günün mübarək olsun Ruslan! Uca Allahdan sənə rəhmət, əzizlərinə səbr diləyirik.

 

Gülnar Əsədli