Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin Astara rayon turunun qalibləri məlum olub.

Astarainfo.az  xəbər verir ki, müsabiqənin rayon turunda Astara şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Məmmədzadə Məsuməxanım Yaşar qızı birinci yeri tutduğu üçün Rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərmanla, onun müəllimi Məmmədova Gülnar Elçin qızı isə təşəkkürnamə ilə mükafatlandırılıb.