Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Astara sakini R.Fərziyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə axşam saatlarında rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan R.Fərziyev barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Astarainfo.az