Yarım əsrdən çox ömrünü mədəniyyətimizin inkişafına həsr etmiş Fərbiyyə Şabanovanın 80 illik yubileyidir.

Rayonumuzun mədəniyyət sahəsinin inkişafında böyük zəhməti olan, əməyi dövlətimiz tərəfindən dəyərləndirilən “Fəxri Mədəniyyət işçisi”, “Tərəqqi medallı” Fərbiyyə Şabanova tək Astarada deyil, Azərbaycanın hüdudlarından uzaqlarda da tanınır. Onu tanıdan mədəniyyət sahəsindəki uğurlu fəaliyyəti, fədakar əməyidir.

Fərbiyyə Şabanova 1941-ci il aprel ayının-15 də rayonumuzun Kakalos kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. Atası böyük Vətən müharibəsinin iştirakçısı olmuş, fəxri fərman və medallarla təltif edilmiş Həsən Şabanov Astarada və bir çox rayonlarda məsul işdə çalışmışdır.

Bu ailədə tərbiyə almış  üç uşağın cəmiyyətdə layiqli mövqe tutmasında, dəyərli ziyalı kimi yetişməsində Həsən kişinin və xalqımızın adət-ənənələrinin, folklorumuzun zəngin bilicisi,sözlü- nəğməli Xanım ananın böyük əməyi olmuşdur.

Ailənin ilki respublikada tanınan Azərbaycan yazıçılar birliyinin üzvü, yazıçı publisist, uşaq dramaturqu, əsərləri dövlət teatrlarında, mavi ekranlarda, xalq teatrlarında oynanılmış, Bakı şəhərində yazıb-yaratmış məhsuldar yazıçı Fatma Həsənqızı bu yaxınlarda dünyasını dəyişmişdir. Tanınmış yazıçı bir çox əsərləri ilə özünə məxsus mövqe qazanmışdır.

Mərhəmət Şabanov yarım əsrə yaxın ömrünü Azərbaycan dili və ədəbiyyat müəllimi kimi gənc nəslin təlim-tərbiyəsinə sərf etmişdir.

Ailənin son beşiyi Fərbiyyə Şabanova orta təhsildən sonra Bakıda Modalyer kursunu, Azərbaycan İncəsənt İnstitutunun mədəni-maarif fakultəsini bitirmişdir. Məktəbdə pioner baş dəstə rəhbəri kimi fəaliyyətə başlamış ,sonralar  təlim-tərbiyə işləri üzrə təşkilatçı, 1983-1992-ci illərdə Astara rayonunun mədəniyyət şöbəsinin müdiri, Kakalos kənd icra nümayəndəsi, Kaklos kənd mədəniyyət evinin rəhbəri, rejissoru olmuşdur. Mədəniyyətimizin inkişafında layiqli töhfələr vermiş, ömürünü incəsənətə, mədəniyyətə həsr etmiş Fərbiyyə xanım hazırda öz təşəbbüsü ilə Kakalos kəndində yaradılmış Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının ictimai əsaslarla direktorudur.

Kakalos kənd mədəniyyət evinin nəzdində “Əvəsor” xalq kollektivinin, “Nəcib qızlar klubunun”, Şəhriyar adına xalq teatırının, “Tarix diyarüşnaslıq muzeyinin” yaradılması Fərbiyyə xanımın ideyaları nəticəsində ərsəyə gəlmişdir. Mədəniyyət Nazirliyi tərəfindən bu layihələr dəyərləndirilmiş fəxri fərman və mükafatlara layiq görülmüşdür.

Əslində Fərbiyyə xanım çalışdığı illər ərzində heç bir təmənna ummadan  ərsəyə gətirdiyi layihələrdən zövq almışdır. Bu fədakar xanım əsl iş adamıdır. Onun üçün “çətindir” ifadəsi yoxdur. Hər uğurlu layihəsini gərgin zəhmətlə, axtarışla ərsəyə gətirən işgüzar xanımın yaradıcılığından müxtəlif sənədli filimlər çəkilmişdir.

Ömrü boyu yorulmadan yaradıcılıqla məşğul olmuş Fərbiyyə Şabanovanın yaratdığı “Əvəsor” talış folklor rəqs ansamblı rayonda və qonşu rayonlarda Bakıda, xarici ölkələrdə-Ruminyada, Türkiyyədə, İranda, Dağıstanda qastrol səfərlərdə olmuş tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

Fədakar mədəniyyət işçisi Fərbiyyə Şabanova aprelin 15-də ömrünün 80-ci pilləsini adlamışdır. Yubiliyar öz doğum gününə yeni layihəsi əsasında Kakalos kənd Diyarüşnaslıq muzeyinin nəzdində açıq havada yaratdığı “Etnoqrafiq muzeyi” hədiyyə etmişdir. Ulu keçmişimizdən soraq verən eksponatlar,qədimdə istifadə edilmiş ev-məişət əşyaları-“dinq”, “ocaq”, “təndir”, dastor” , “nehrə” 121 yaşı olan “asma lampa”, “zənbil”, “həsir”, “cevendlər”, “çölməklər”, “bərnilər” (yemək qoymaq üçün qablar) muzeyin bəzəyidir.

Fərbiyyə xanım Şabanovanı Astara rayonu ictimayyəti adından yubiley ili  münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür və yüksək yaradıcılıq uğuruları azrulayırıq. İnanırıq ki, Fərbiyyə xanım bundan sonrakı ömrünü də mədəniyyətimizin daha da inkişafına və onun çiçəklənməsinə həsr edəcəkdir. Yubiley iliniz mübarək olsun, Fərbiyyə xanım!

Gülnar Əsədli