Astara rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Rayon Statistika İdarəsindən Astarainfo.az-a  verilən məlumata görə, bu ilin üç ayında 532 baş inək və düyə süni yolla mayalandırılıb, 213 baş cinsi yaxşılaşdırılmış bala alınıb.

Qeyd edək ki, Astarada 5 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Doğulan hər bir buzova görə dövlət tərəfindən verilən subsidiya fermerlərin və fiziki şəxslərin inək və düyələrin süni mayalandırılmasına marağını artırıb.