Rayonda   dayanma-durma qaydalarını  pozan sürücülərin müəyyən edilməsi məqsədi ilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

Astarainfo.az –ın məlumatına görə reyd zamanı avtobus dayanacaqlarını,piyada səkilərini zəbt edən,eləcə də ikinci  cərgədə  nəqliyyat vasitələrini saxlayan sürücülər müəyyən olunub. Yol Polisi əməkdaşları  onlarla izahedici söhbətlər apararaq  barələrində inzibati protokollar tərtib ediblər.

Həmçinin  COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə sürücü və sərnişinlər arasında riayət olunmasına nəzarət məqsədilə rayon ərazisində reyd keçirilib.Reyd zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.

Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Qaydalara və sağlamlığına qarşı laqeyidlik nümayiş etdirərək tibbi maskadan istifadə etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Eləcə də, polis əməkdaşları tərəfindən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və sərnişinlərin də gigiyenik vasitələrdən istifadə etməsi yoxlanılıb, karantin qaydalarını pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Reyd zamanı 20 -ə yaxın şəxs inzibati məsuliyyətə cəlb olunub.Bu cür tədbirlərin  mütəmadi olaraq ilin sonuna qədər  davam etdiriləcəyi bildirilib.

Astarainfo.az