Astara rayonunun Şəmətük kəndində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb.

Astarainfo.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.