Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub.

Əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və iş bu sahədə ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.

Rəsmi İrəvanın məkrli siyasətinin arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir.

Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib.

Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür.

Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən

bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.

 

1. Yeni Azərbaycan Partiyası – sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov

2. Vətəndaş Həmrəyliyi Partiyası – sədr Sabir Rüstəmxanlı

3. “Ana Vətən” Partiyası – sədr Fəzail Ağamalı

4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev

5. Böyük Quruluş Partiyası – sədr Fazil Mustafa

6. Vəhdət Partiyası – sədr Tahir Kərimli

7. Azərbaycan Demokratik Maarifçilik Partiyası – sədr Elşən Musayev

8. Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə

9. Vətəndaş Birliyi Partiyası – sədr Sabir Hacıyev

10. Milli Cəbhə Partiyası – sədr Razi Nurullayev

11. REAL Partiyası – sədr İlqar Məmmədov

12. Azərbaycan Ümid Partiyası – sədr İqbal Ağa-zadə

13. Klassik Xalq Cəbhəsi Partiyası – sədr Mirmahmud Fəttayev

14. Azərbaycan Xalq Partiyası – sədr Pənah Hüseyn

15. Azərbaycan Demokrat Partiyası – sədr Sərdar Cəlaloğlu

16. Böyük Azərbaycan Partiyası – sədr Elşad Musayev

17. Vətəndaş və İnkişaf Partiyası – sədr Əli Əliyev

18. Azərbaycan Milli İstiqlal Partiyası – sədr Arzuxan Əlizadə

19. Ağ Partiya – sədr Tural Abbaslı

20. “Ədalət” Partiyası – sədr İlyas İsmayılov

21. Milli Dirçəliş Hərəkatı Partiyası – sədr Fərəc Quliyev

22. Müasir Müsavat Partiyası – sədr Hafiz Hacıyev

23. Azad Demokratlar Partiyası – sədr Sülhəddin Əkbər

24. Azərbaycan Liberal Demokrat Partiyası – sədr Fuad Əliyev

25. “Milli Vəhdət” Partiyası – sədr Yunus Oğuz

26. Aydınlar Partiyası – sədr Qulamhüseyn Əlibəyli

27. Azərbaycan Naminə Alyans Partiyası – sədr Abutalıb Səmədov

28. Azərbaycan Sosial Demokrat Partiyası – sədr Araz Əlizadə

29. Yeni Zaman Partiyası – sədr Musa Ağayev

30. Azərbaycan Sosial Rifah Partiyası – sədr Əsli Kazımova

31. Cümhuriyyət Xalq Partiyası – sədr Bədrəddin Quliyev

32. Müstəqil Xalq Partiyası – sədr Əflan İbrahimov

33. “Birlik” Partiyası – sədr Xudadat Xudiyev

34. Vahid Azərbaycan Milli Birlik Partiyası – sədr Hacıbaba Əzimov

35. Milli Həmrəylik Partiyası – sədr Əlisahib Hüseynov

36. Azərbaycan Respublikaçılar Partiyası – sədr Sübut Əsədov

37. Azərbaycan Azad Respublikaçılar Partiyası – sədr Kamil Seyidov

38. Azadlıq Partiyası – sədr Əhməd Orucov

39. Azərbaycan Təkamül Partiyası – sədr Teyyub Qənioğlu

40. Azərbaycan Milli Demokrat Partiyası – sədr Tufan Kərimov

41. Azərbaycan Liberal Partiyası – sədr Əvəz Temirxan

42. “Qorqud” Partiyası – sədr Firudin Kərimov

43. Milli Demokrat İdrak Partiyası – sədr Osman Əfəndi

44. Milli Konqres Partiyası – sədr İxtiyar Şirinov

45. Gələcək Azərbaycan Partiyası – sədr Ağasif Şakiroğlu

46. Sosial Ədalət Partiyası – sədr Mətləb Mütəllimov

47. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev, Rauf Qurbanov

48. “Azərbaycan Mübarizləri” Partiyası – sədr müavini Səadət Müslümova